“Azərbaycançılıq ideologiyasının fəlsəfi məna tutumu və mahiyyəti” mövzusunda seminar

May ayının 23-də məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Fərzəliyevanın rəhbərliyi ilə “Azərbaycançılıq ideologiyasının fəlsəfi məna tutumu və mahiyyəti” mövzusunda seminar keçirildi. Nigar Fərzəliyeva çıxış edərək, Azərbaycançılıq ideologiyasının fəlsəfi məna tutumu və mahiyyəti, qədim tarixi, elmi, mədəniyyəti, incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, milli mənəvi dəyərləri, zəngin təbiəti, dövlət rəmzlərinin yaranma tarixi, məna və mahiyyəti barədə geniş məlumatlar  verdi. Sonda mövzü ətrafında fikir mübadiləsi aparıldı və şagirdlərin vətənpərvərlik ruhunda şeirlər səsləndirməsi başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi