"Beynəlxalq Ailə Günü"

   Məktəbin direktoru Arizə Mahmudovanın təşəbbüsü ilə may ayının 14-də Beynəlxalq Ailə Günü münasibəti ilə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzüsunda tədbir təşkil edildi. Tədbirə Maştağa qəsəbəsinin nümunəvi ailələrindən olan Yaqubovlar və Quliyevlər ailəsi dəvət olunmuşdu. Məktəbin direktoru əlamətdar günün tarixindən, ölkəmizdə ailə dəyərlərinə verilən qiymətdən söz açıb. Diskussiya ilə davam edən tədbirdə iştirak edən ailələrə müəllim, risk qrupuna daxil olan təhsilalanlar və onların valideynləri şagirdlər tərəfindən sağlam ailənin təməlinin qoyulması, ailədə tərəflərin hüquq və vəzifələri, uşaqların düzgün tərbiyəsi kimi önəmli məsələlərdə suallar ünvanlandı. Ailələr bildirdilər ki, möhkəm ailəyə sahib olmaq üçün ağıl, tərbiyə və əxlaq böyük önəm daşıyır. Tədbirin sonunda uzunömürlü ailə başçıları şagirdlərə məsləhətlər də verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi