Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş tədbir

Mayın 10-da məktəbimizdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü qeyd olundu. Bu əlamətdar günlə bağlı məktəbdə anım tədbiri keçirildi. Eyni zamanda, şagirdlərin əl işlərindən ibarət sərgi hazırlandı. Ulu öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi. Tədbirdə ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan, xalqımız qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs olundu və Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən danışdılar. Şagirdlər ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində ölkəmizin bütün sahələrdə qazandığı yüksək nailiyyətləri də qeyd etdilər. Sonda məktəbin direktoru Arizə xanım Mahmudova çıxış edərək, bugünkü çiçəklənən Azərbaycan Respublikasının Heydər Əliyev təfəkkürünün məhsulu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Tədbir ibtidai sinif şagirdlərinin Gül bayramına hazırladıqları  rəqsləri və səhnəcikləri yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi