Şuşanın işğalından 27 il ötür

Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 27 il ötür. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Şuşanın işğalı günü ilə əlaqədar olaraq, səhər xəttində məktəbin tarix müəllimi Mehriban Poladova və şagirdlər tərəfindən Şuşanın tarixi, şəhərdə yerləşən mədəni abidələr, təbii resurslar, işğalın baş verdiyi siyasi şərait, itirilən tarixi və maddi itkilər barəsində geniş məlumat verildi. Ermənilərin Şuşanı işğal edərək törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyindən bəhs edildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursuna güvənərək işğal olunmuş torpaqlarımızın azad ediləcəyi, məcburi köçkünlərin doğma yerlərinə qayıdacağı, azad edilmiş torpaqlarda Azərbaycanın üçrəngli bayrağının dalğalanacağına inam ifadə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi