13 №li Bakı Peşə məktəbinə ekskursiya

Məktəbimizin IX sinif şagirdləri 13 №li Bakı Peşə məktəbinə "Açıq Qapı" günü ilə bağlı ekskursiya etdilər. Əvvəl şagirdlərlə peşə məktəbi haqqında məlumat verildi. Sonra şagirdlər məktəbin müəllimlərinin müşayiəti ilə peşə məktəbi ilə tanış oldular. Peşə məktəbində IX illik məktəbi bitirmiş şagirdlər üçün müəyyən ixtisas sinifləri var. Burada 3 il təhsil alan şagirdlər sonda attestatla birgə, ixtisaslarına uyğun diplom da ala bilərlər. Şagirdlərə məlumat verildi ki, peşə məktəbində Rabitə avadanlıqlarının quraşdırılması, telekommunikasiya, aviasiya cihazlarının təmiri üzrə çilingər və mexanik, aşpaz, aşpaz-qənnadçı, şirniyyatçı, xalçaçılıq,  ağac üzərində bədii oyma və naxışı ixtisasları tədris olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi