“Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatları
Azərbaycan Respublikası Təhsil Nazirinin “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 15.01.2019- cu il tarixli, F-18 nömrəli əmrinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07.02.2019-cu il tarixli F-90 nömrəli əmri ilə təsdiq olunmuş fəaliyyət planının 3.1.5 bəndinə əsasən “Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatlarının təşkili və məktəbin fəaliyyət planına uyğun olaraq “Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatlarının təşkil olunması ilə əlaqədar 2 “B” və 4 “A” sinif şagirdlərinin milli qəhrəmanlara həsr olunmuş təqdimatları və əl işləri təqdim etdilər. Məqsəd şagirdlərə Vətən məhəbbətinin mənəvi ucalıq nümunəsi olduğunu aşılamaq, Vətənin qəhrəman övladlarını tanıtmaq və onlarda vətənpərvərlik hissini daha da gücləndirməkdir.