“Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda seminar

Ümumimilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə məktəbdə “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda seminar keçirildi. Tədbirdə çıxış edən məktəbin direktoru Arizə xanım Mahmudova Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun uğurlarından danışaraq, bildirdiki, Müasir Azərbaycan dövlətinin quruluş və inkişaf dövrü heç şübhəsiz, xalqımızın Ümummilli Lideri, görkəmli sərkərdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini vermiş, təkcə bu gün üçün deyil, qarşıdakı onilliklər, yüzilliklər üçün dövlətimizin inkişaf strategiyasını müəyyən etmişdir. Seminarda çıxış edən məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Fərzəliyeva çıxış Ulu öndərimizin müstəqil Azərbaycan dövlətinin yaradılmasında, müstəqilliyimizin qorunmasında, iqtisadiyyatın inkişafında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsindəki titanik fəaliyyəti haqda geniş məlumat verdi. Açıq diskussiya şəraitində keçən seminarın sonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi