“Azərbaycan idmançılarının olimpiya oyunlarında, dünya və Avropa birinciliklərində qazandıqları qələbələr”  mövzusunda seminar

 “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” məktəbimizin 2019-cu il üçün Fəaliyyət Planının 2.1.7 bəndinə uyğun olaraq, “Azərbaycan idmançılarının olimpiya oyunlarında, dünya və Avropa birinciliklərində qazandıqları qələbələr”  mövzusunda  məktəbin fiziki tərbiyə müəllimləri Murad Mehdiyev və Natiq Quliyevin iştirakı ilə seminar keçirildi. Seminarda olimpiya oyunlarının yaranma tarixindən, Azərbaycan idmançılarından, onların qazandıqları uğurlardan bəhs edildi. Eyni zamanda idman sahəsində nailiyyəti olan şagirdlər də çıxış edərək öz uğurlarından və gələcək hədəflərinin ölkəni dünyada tanıtmaq olduğunu qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi