Xalqımızın ən əziz bayramı olan Novruz ərəfəsində martın 9-da məktəbimizin ətraf-mühitinin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması məqsədi ilə “Hərəmiz bir ağac əkək!” aksiyası həyata keçirilməyə başladı. Ətraf mühitin qorunmasına yönəlmiş aksiya çərçivəsində məktəb ərazisində bir çox yeni ağaclar əkildi.