Maştağanın tanınmış şəxsiyyətlərindən olan saat kolleksiyaçısı Ramiz Əliyevin evinə ekskursiya

18 aprel-Beynəlxalq Abidələr, Tarixi Yerlər Günü və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.01.2019-cu il tarixli F-18 nömrəli əmri ilə təsdiq olunmuş “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fəaliyyət planının 2.1.8 bəndinə “Bölgənin (yaşayış məntəqəsinin) tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri” əsasən məktəbin müəllim və şagird kollektivi Maştağanın tanınmış şəxsiyyətlərindən olan saat kolleksiyaçısı Ramiz Əliyev evində ekskursiyada oldular. Ramiz Əliyev atasının ölümündən sonra onun xatirəsini yaşatmaq üçün kolleksiya yığmağa qərar verib. Atasından qalan saatlar çox olmasa da, Ramiz Əliyev illər ərzində minə yaxın saat toplayıb. Kolleksiyasında 1800-cü illərdən qalma və özündə tarixi xüsusiyyətlər daşıyan saatlarla yanaşı, masa, divar, cib və şüşəli saatlar da diqqət çəkir. Əksər saatların yaşı 100-ü keçib. Kolleksiyada mexanizmlə, batareya ilə çalışan, hətta qum saatları da vardır. Kolleksiyaçı kolleksiyanı daha da böyütməyi və muzeyə çevirməyi planlaşdırır.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi