“Dini hadisə, mərasim və bayramların sosial ictimai və mənəvi mahiyyəti” mövzusunda seminar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.01.2019-cu il tarixli F-18 nömrəli əmri ilə təsdiq olunmuş “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fəaliyyət planına uyğun olaraq, məktəbdə “Dini hadisə, mərasim və bayramların sosial ictimai və mənəvi mahiyyəti” mövzusunda seminar keçirildi. Seminarda məktəbin direktoru Arizə xanım Mahmudova və GÇQH rəhbəri Nadir Quliyev çıxış edərək, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq, dini mərasimlərin keçirilməsi üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırdılar. Azərbaycanda milli-mənəvi irsimizin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi