Bakı Gənclər Mərkəzinə ekskursiya

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblilərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə, Sabunçu Rayon ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin Bakı Gənclər Mərkəzinə ekskursiyalarını təşkil edib. Bu məqsədlə məktəbin şagirdləri könüllülük prinsipi əsasında məktəbin UBTR-nin sədri ilə mərkəzə ekskursiyaya ediblər. Mərkəzdə şagirdlərə burada yaradılan şərait barədə məlumat verilib. Qeyd olunub ki, Bakı Gənclər Mərkəzi ötən il dekabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Mərkəz 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rəsmən fəaliyyətə başlayıb. Şagirdlərin diqqətinə çatdırılıb ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasətinin uğurla davam və inkişaf etdirilməsi Prezident İlham Əliyevin fəaliyyətində mühüm istiqamətlərdən birini tutur. Ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi