“Aprel döyüşləri” nə həsr olunmuş tədbir

    Şagirdlərdə vətənpərvərlik hissi yaratmaq məqsədilə məktəbimizdə IV b sinif şagirdlərinin iştirakı ilə “Aprel döyüşləri” nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlandı. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda qurban gedən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər tərəfindən vətənpərvər şerlər və musiqilər səsləndirildi. Tədbirdə məktəbin direktoru Arizə xanım Mahmudova çıxış edərək qeyd etdi ki, "Aprel döyüşləri" dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi