Antinarkotik təbliğatının gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbiri

       Aprelin 3-də Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının iştirakları ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatının gücləndirilməsi məqsədi ilə maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə rayon Polis İdarəsinin YYÇPİTB-nin rəisi, polis mayoru Əli Babayev, həmin bölmənin inspektoru, polis kapitanı Şəbnəm Ələkbərova, 14-cü PB-nin rəisi polis polkovnik-leytenantı Zaur Məmmədov, həmin bölmənin baş inspektoru, polis mayoru Rafiq İsmayılov iştirak etmişlər. Tədbir iştirakçıları narkomaniyanın yayılması, fiziki və mənəvi təsirləri, narkomaniyaya qarşı mübarizənin son durumu ilə bağlı çıxış etmişlər. Tədbir də həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli videoçarx nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi