1 Mart Ümumdünya MM günü
Martın 1-də 209 nömrəli tam orta məktəbdə “1 mart - Ümumdünya Mülki Müdafiə günü”nə həsr olunmuş tədbir keçirilib. GÇQH rəhbəri N.Quliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, son zamanlar təbiətdə gedən dəyişikliklər, proseslər elm və texnologiyanın inkişafı ilə yeni texnogen hadisələr, terror hadisələri, müəyyən fəlakətlər müasir insanların və xilasedicilərin qarşısında fövqəladə hadisələrin qarşısının alınması yollarını və eləcə də nəticələrin aradan qaldırılması problemini daha da aktuallaşdırır. Azərbaycanda da əhalinin təhlükəsizliyi və fövqəladə halların nəticələrinin peşəkar şəkildə aradan qaldırılmasına xüsusi diqqət yetirilir və Prezident cənab İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradılmışdır və onun maddi-texniki bazası, texniki imkanları ildən-ilə müasirləşdirilir. Daha sonra şagirdlərə video rolik göstərilib.