"Novruz gəlir, Yaz gəlir"

Martın 19-da məktəbdə Novruz bayramı ilə bağlı tədbir keçirildi. Direktor Arizə xanım Mahmudova tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdi. Novruzun birlik, qardaşlıq bayramı olduğunu qeyd edən direktor Arizə xanım Mahmudova onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib. Tədbirdə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən nümunələr, şagirdlərin hazırladıqları səhnəciklər nümayiş etdirildi. Sonda tədbirdə qonaq qismində iştirak edən “Oriqami” Uşaq və Yeniyətmələr İctimai Birliyinin sədri Namiq Nəcəfov tərəfindən şagirdlərə hədiyyələr təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi