Cəfər Cabbarlının 120 illik yubileyi

Martın 19-da məktəbdə görkəmli dramaturq, yazıçı, şair Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar azərbaycan dili və ədəbiyyat müəllimi Fəxrəddin İbrahimovun rəhbərliyi ilə dəyirmi masa keçirildi. Məktəbin şagirdlərinin iştirak etdiyi tədbirdə məktəbin direktoru Arizə xanım Mahmudova ədibin zəngin yaradıcılığından söhbət açıb, onun ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışdı. Dramaturqun “Dilbər” hekayəsindən səhnələr göstərildi. Şagirdlər Cəfər Cabbarlının “Ölkəm” və “Mən bir solmaz yarpağam ki...” şeirlərini söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi