Bədən tərbiyəsi və İdman günü
5 mart ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günüdür. Bu tarix Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Bədən tərbiyəsi və İdman günü münasibətilə məktəbimizin fiziki tərbiyə müəllimlərinin iştirakı ilə yarış keçirildi. Yarışda məktəbin 5 a və 5 b sinif şagirdləri müxtəlif estafetlərlə yarışdılar. Yarışa məktəbin fiziki tərbiyə müəllimləri hakimlik edirdi. Sonda qiymətləndirmənin nəticəsi olaraq, V a sinifi qalib seçildi.