"Xocalısız iyirmi yeddi il"

    Xocalı faciəsinin iyirmi yeddinci il dönümü ərəfəsində "Xocalı qurbanlarını" yad etmək məqsədilə "Məktəbin fəaliyyət planına" əsasən məktəbimizdə şagirdlərin iştirakı ilə tədbir keçirildi. Şagirdlər Xocalı soyqırımı haqqında məruzələrlə çıxış edib, şeirlər səsləndirdilər. Ümumimilli lider Heydər Əliyev söyləmişdir: Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir." Tədbiri keçirməkdə əsas məqsəd Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltməkdir. Sonda məktəbin direktoru Arizə xanım Mahmudova tədbirə yekun vuraraq, mərasimin hazırlanmasında əməyi olan azərbaycan dili və ədəbiyyat müəllimi Şəlalə Abdullayevaya və bədii hissədə öz çıxışı ilə diqqəti cəlb etmiş şagirdlərə təşəkkür etdi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi