Xocalı faciəsinin iyirmi yeddinci ildönümü
Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar olaraq məktəbin IV a sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi.Tədbir ilk olaraq dövlət himninin səslənməsi ilə başladı.Xocalı soyqrımı barədə məlumat verən məktəbin ibtidai sinif müəllimi Kəmalə Əliyeva bildirdi ki, Xocalı soyqırımı-1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalı, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Müəllimin çıxışından sonra IV a sinif şagirdləri Xocalı haqqında şeirlər səsləndirərək bu faciənin qurbanlarından bəhs edən səhnəcikləri təqdim etdilər.