Xocalı Fəryadı

209 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru A.Mahmudova Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, ən qəddar və amansız terror hadisələrindən olan Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüblər. Direktorun çıxışından sonra Respublika Veteranlar Təşkilatının sədri, Sabunçu rayon Veteranlar Təşkilatının sədri və nümayəndələri çıxış ediblər. Məktəbimizin direktoruna, təşkilatçısına və şagirdlərə fəal iştiraklarına görə Fəxri Fərmanlar təqdim edilib. Sonra şagirdlərin Xocalı soyqırımı ilə əlaqədar hazırladığı səhnəcik və videoçarx nümayiş etdirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi