"Valideynin məktəbdə bir günü"

21 fevral tarixində məktəbimizdə "Valideynin məktəbdə bir günü" layihəsi həyata keçirildi. Valideynlər məktəb kitabxanasını, sinf otaqlarını, laboratoriyaları və tibb otağını gəzərək məktəb mühiti ilə əyani tanış oldular. Görüş "Valideynin məktəbdə bir günü" tədbrinin proqramına əsasən keçirildi. Rəsmi açılışdan sonra məktəb mühiti ilə əyani tanış olan valideynlər ibtidai və yuxarı siniflərdə dərsləri müşahidə etdilər. Məktəbin akt zalında valideynlərlə seminar keçirildi. Rəhbərlik tərəfindən məktəb-valideyn münasibətlərindən, məktəbimizin nailiyyətlərindən və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amillərdən danışıldı. Valideynlərin təklif və rəyləri dinlənildi, fikir mübadiləsi və müzakirələr aparıldı. Sonda bədii hissədə şagirdlər öz valideynləri üçün hazırladıqları şeir, rəqs və səhnəcikləri böyük həvəslə təqdim etdilər. Valideynlər və müəllimlər görüşdən çox məmnun qaldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi