“Beynəlxalq Ana Dili Günü”

“Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.”

“Beynəlxalq Ana Dili Günü” münasibətilə məktəbimizdə tədbir keçirildi. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Arizə Mahmudova fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin zənginləşdirilməsi və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğuladı. Sonra çıxış edən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Fəxrəddin İbrahimov ana dilimiz, onun mənşəyi və yaranma tarixi haqqında ətraflı məlumat verdi. Sonda məktəblilər ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirib, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi