"Gender bərabərliyi”

20 fevral 2019-cu il tarixdə məktəbimizdə gender bərabərliyi, qadınların ictimai proseslərdə və dövlət idarəçiliyində iştirakı mövzusunda tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdi. Tədbirdə qeyd olundu ki, Respublikamızda təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Qadın siyasəti bu gün də ölkəmizdə böyük uğurla davam etdirilir. Azərbaycanda qadın siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla yanaşı, qadınların ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak etmələri üçün hər cür şərait yaradılmışdır. Tədbirdə şagirdlər tərəfindən Cəfər Cabbarlının “Dilbər” əsərindən səhnəcik nümayiş etdirildi. Həmçinin məktəb foyesində “Gender bərabərliyi” mövzüsunda guşə hazırlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi