Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi
Bakı şəhər məktəblilərinin kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə BŞTİ-nin əmrinə əsasən məktəbimizdə "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi" keçirildi. Müsabiqədə "Azot" komandası qalib gəldi. Qalib komandanın final mərhələsində iştirakı üçün sifariş forması BŞTİ-nə təqdim olundu.