Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov

Fevralın 7-i Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Mübariz İbrahimovun anadan olduğu gündür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 18.06.2010-cu il tarixində Mübariz İbrahimov qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı (ölümündən sonra) verilib. Mübariz İbrahimovun xatirəsi 209 nömrəli tam orta məktəbdə də anıldı. Tədbirdə məktəbin direktoru Arizə xanım Mahmudova çıxış edərək, Mübariz İbrahimovun şərəfli ömür yolundan söz açıb şagirdlərə məlumat verdi. Daha sonra şagirdlər qəhrəmanın həyatından bəhs edən qısa səhnəcik nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi