Pedoqoji şuranın növbəti iclası keçirildi

06 fevral 2019-cu il tarixində məktəbimizin növbəti pedaqoji şura iclası keçirildi. İclası çıxış sözü ilə açan məktəbin direktoru Arizə xanım Mahmudova “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün tərtib etdiyi fəaliyyət planını müəllimlərin nəzərinə çatdırdı. Bütün müəllimlərin iştirakı ilə keçirilən bu iclasda kollektivin ötən yarımil ərzində təlim-tərbiyə sahəsində qazanmış olduğu uğurlardan, görülmüş işlərdən danışıldı. İkinci yarımilində qarşıda duran hədəflər və bu hədəflərə nail olmağın real yolları pedaqoji şura üzvlərinin nəzərinə çatdırıldı. Görüləcək tərbiyə və təşkilati yönümlü işlər barədə məlumat verildi. Təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini, UBR və kitabxanaçının hesabatları dinlənildi və cari məsələlər kollektivin iclasında müzakirə olundu. İkinci yarımildə də kollektivi gözləyən bir sıra vacib işlərdən danışan məktəbin direktoru Arizə xanım Mahmudova birgə, ardıcıl və böyük məsuliyyətlə aparılacağı təqdirdə bu sınaqlardan da 209 №li tam orta məktəbin pedaqoji kollektivinin uğurla çıxacağına ümidvar olduğunu bildirdi və müəllimlərə uğurlar, səmərəli fəaliyyət arzuladı. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Nəsimi ili” adlandırmış olduğu 2019-cu ilinin ilk pedaqoji şurası öz işini tamamladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi