"Şəhidlər ölməz, Vətən bölünməz"

Məktəbin fizika müəllimi Qurbanlı Aqiyə və V a sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar  faciəsinə həsr olunmuş  tədbir keçirildi. Tədbir Azərbaycan tarixində qanlı hərflərlə qəhrəmanlıq səlnaməsi yazan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra çıxış edən Qurbanlı Aqiyə 20 yanvar faciəsi haqqında geniş məlumat verdi. İmperialist qüvvələr tərəfindən törədilən hadisənin qurbanlarından birinin də məktəbimizin şagirdi Kamal Məmmədov olduğunu söyləyən müəllim onun meydan hərəkatlarında iştirakından, vətənpərvərliyindən danışdı. Sonda tədbirdə iştirak edən şagirdlər 20 Yanvar qurbanlarına həsr olunan şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi