20 Yanvar faciəsinin iyirmi doqquzuncu il dönümünə həsr olunmuş tədbir

21 yanvar 2019-cu il tarixdə məktəb foyesində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu il dönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi başladı. Tədbir iştirakçıları Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə açan məktəbin II b və VIII b sinif şagirdləri qeyd etdilər ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Həmin gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi