“Mikayıl Müşfiq 110”

Azərbaycan Respublikası Prezident İlham Əliyevin“ Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamını əsas tutaraq, dekabrın 27-də məktəbimizin azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Fərzəliyevanın təşkilatçılığı ilə görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Arizə Mahmudova XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışdı. Adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır. Tədbirdə şagirdlər şairin həyat və fəaliyyətindən səhnələr nümayiş etdirib, M.Müşfiqin şeirlərinə bəstələnmiş musiqilər ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi