Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günü

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günü ilə əlaqədar olaraq, məktəbin tarix müəllimi Dilşad Quliyeva tərəfindən dəyirmi masa keçirildi. Şagirdlər çıxış edərək, prezident İlham Əliyevin  xilaskarlıq, quruculuq missisiyasından, bütün sahələrin inkişafına, gənc nəslə qayğısından, misilsiz xidmətlərindən söz açdılar.  Dilşad Quliyeva qeyd etdi ki,  ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Sonda vurğulandı ki, Azərbaycan xalqı öz Prezidentinə inanır və işğal altındakı torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə azad ediləcəyi, ərazi bütövlüyümüzün təmin olunacağı, bayrağımızın Şuşada, Xankəndidə, Laçında və işğal altındakı digər əzəli torpaqlarımızda dalğalanacağı gün uzaqda deyildir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi