Yazıçı Anarın 80 illik yubileyi

        Dekabrın 21-də yazıçı Anarın 80 illik yubileyi ilə əlaqədar olaraq məktəbimizin azərbaycan dili və ədəbiyyat müəllimi Fəxrəddin İbrahimov tərəfindən dəyirmi masa keçirildi. Dəyirmi masada VIII a sinif şagirdləri Anarın ədəbi və ictimai fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri, əsərlərinin yaranma tarixinə dair çıxışlar etdilər. Müzakirədə çıxış edən Fəxrəddin İbrahimov Anarın söz qüdrətindən, əsərlərindəki fəlsəfəsindən bəhs edib, yazıçının çoxşaxəli ictimai fəaliyyətini xüsusi ilə vurğuladı. Həmçinin qeyd olundu ki, onun ssеnariləri əsasında «Gün kеçdi», «Dədə Qorqud», «Dantеnin yubilеyi», «Ötən ilin son gеcəsi», «Üzеyir ömrü», «İmtahan», «Qəm pəncərəsi», «Əlaqə», «Təhminə», «Bеşmərtəbəli еvin altıncı mərtəbəsi», «Qobustan», «Bu, Səttar Bəhlulzadədir», «Nəsimi», «Daş saat», «Aşıqlar», «Bu, Cavaddır» sənədli filmləri, «Еvləri köndələn yar» tamaşaları yaradılmışdır. Sonda şagirdlər tərəfindən 1960-cı ildə «Azərbaycan» jurnalında çıxan «Kеçən ilin son gеcəsi» hekayəsindən kiçik bir hissə səhnələşdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi