“Yollar və biz”
Dekabrın 13-də məktəbin V b sinif şagirdləri Yol hərəkəti qaydalarına həsr olunmuş “Yollar və biz” adlı tədbir keçirdi. Tədbirin keçirilməsində məqsəd təhlükəsiz davranış qaydalarını öyrənmək, uşaqların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını nümayiş etdirmək idi. Tədbirdə uşaqlar müxtəlif səhnəciklər göstərib, şeirlər səsləndirib, yol hərəkəti nişanlarına və polis işçilərinə həsr olunan mahnılar ifa etməklə yol hərəkətinə aid biliklərini nümayiş etdirdilər.