"Şahmat yarışı"
209 №li tam orta məktəbin müəllimləri arasında şahmat yarışı keçirilib. Məktəb ilə Sabunçu rayon Həmkarlar İttifaqının birgə keçirdiyi şahmat yarışında 6 müəllim iştirak edib. Yarışın başlanmasını açıq elan edən məktəbin direktoru Arizə xanım Mahmudova yarış iştirakçılarına uğurlar arzulyıb. Müəllimlərdən Mirzəyev Elxan və Hüseynov İbrahim rəqiblərini məğlub edərək, final mərhələsinə yüksəliblər.