"Tanıyaq, tanıdaq"

Azərbaycan Respublikası Təhsil nazirinin F-550 nömrəli, Ümumi təhsil sahəsində 2018/2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə əmrinin 2.5 bəndinə əsasən məktəbimizdə tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd Maştağa qəsəbəsində gedən quruculuq işlərini, keçmişinin və bu günün vəhdətini və ənənələrini əks etdirməkdir. Tədbirdə qəsəbə ziyalıları iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arizə Mahmudova tədbirin keçirilməsinin əhəmiyyətindən danışdı. Məktəbin şagird kollektivi qəsəbəmizin adət-ənənələrini və rəqslərini tədbir iştirakçılarına nümayiş etdirdilər. Maştağanın tarixi, tarixi şəxsiyyətləri, mədəni abidələri, flora və faunası haqqında ətraflı məlumat verildi. Qəsəbənin pedaqogika üzrə fəlsəfə doktoru, qabaqcıl maarif xadimi İbrahim müəllim şagirdlərə Maştağanın tarixi, tarixi şəxsiyyətləri, tarixi-mədəni abidələri və müasir Maştağa haqqında geniş məlumatlar verərək, qəsəbə haqqında öz təəssürat və biliklərini şagirdlərlə bölüşdü. Sonda məktəbin direktoru qəsəbəyə verdikləri dəyərə görə tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi