"Xarici dil aylığı"

Bu gün Sabunçu rayonundakı 209 nömrəli tam orta ümumtəhsil məktəbində "Xarici dil aylığı" çərçivəsində tədbir təşkil olunub. Dövlət himni səsləndirildikdən sonra çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Xatirə Cabarova iştirakçıları salamlayaraq, Prezident İlham Əliyevin təhsilə önəm verməsindən, ölkəmizdə xarici dilin yüksək səviyyəli tədrisindən, o cümlədən bu istiqamətdə məktəbdə görülən işlərdən bəhs edib. Keçiriləcək tədbirin də məhz bu baxımdan əhəmiyyətli olduğunu vurğulayan direktor müavini belə tədbirlərin şagirdlərin xarici dillərə olan maraqlarının artmasına təkan verdiyini bildirib. O, məktəbdə silsilə tədbirlərin təşkil edildiyini və bunun şagirdlərin ictimai fəallıqlarına, xüsusilə səhnə mədəniyyətlərinin formalaşmasına, sərbəst olmalarına müsbət təsir etdiyini deyib.Daha sonra məktəb şagirdlərinin ifasında ingilis dili, fransız dili, rus dillərində şeirlər, mahnılar səsləndirilib, tamaşalar nümayiş etdirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi