Mehdi Hüseynzadə-100

Azərbaycan Respublikası Təhsil Nazirinin Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında 17 iyul 2018-ci il tarixli 495 nömrəli əmrinin icrasına uyğun olaraq  noyabrın 27-də məktəbimizdə “Mehdi Hüseynzadə 100”  adlı  tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Mahmudova Arizə, təsviri incəsənət müəllimi Allahverdiyeva Dürdanə, informatika müəllimi Əliyeva Aytən və məktəbin VI, VII sinif şagirdləri iştirak edirdilər. Tədbiri məktəbin təsviri incəsənət müəllimi Allahverdiyeva Dürdanə açıq elan etdi. Tədbir iştirakçıları Mehdi Hüseynzadənin həyatından, keçdiyi şərəfli ömür yolundan, ikinci dünya müharibəsində göstərdiyi qəhrəmanlıqlardan  söz açdılar. Mehdi Hüseynzadə 1941–1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış və Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazmışdır. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi