Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir

    Noyabrın 15-də məktəbin kitabxanaçısı Fəttahova Əzizənin təşkilatçılığı ilə görkəmli yazıçı, alim, pedaqoq və ictimai xadim Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirildi. Yazıçının “Bir gəncin manifesti” əsərinin müzakirəsinə həsr olunmuş bu tədbirdə ədibin həyat və yaradıcılığı haqqında geniş söhbət açıldı. Şagirdlər öz çıxışlarında əsərin məzmunu və ideası haqqında müxtəlif fikirlər səsləndirərək tədbir iştirakçılarında “Bir gəncin manifestı” əsəri haqqında dolğun fikir formalaşdırdılar. Daha sonra əsərdən bir parça şagirdlər tərəfindən səhnələşdirildi. Məktəbin direktoru Arizə xanım Mahmudova tədbirə yekun vururaraq, fəallıq göstərən şagirdlərə təşəkkür etdi və o qeyd etdi ki, 1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşmuş, böyük şəxsiyyət kimi tarixləşmiş, gözəl müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlal Paşayevin xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olaraq qalacaq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi