Mübariz İbrahimov

Fevralın 7-i Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Mübariz İbrahimovun anadan olduğu gündür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 18.06.2010-cu il tarixində Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidentinin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adı (ölümündən sonra) verilib. Mübariz İbrahimovun xatirəsi 209 №li tam orta məktəbdə də anıldı. Məktəbin direktoru Arizə xanım Mahmudova söylədi ki, Mübariz İbrahimov ölümün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etmişdir. Sabunçu rayon Müharibə Veteranlar şurasının sədri həmçinin məktəbimizin müəllimi Elxan Xəzər Mübariz İbrahimovun şərəfli ömür yolundan söz açıb şagirdlərə məlumat verildi. Elxan Xəzər “Mübariz” adlı kitabını şagirdlərə nümayiş etdirdi. Şagirdlər Milli Qəhrəmana məxsus müxtəlif şəkillər, onun haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət guşə ilə tanış olublar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi