HƏMRƏYLİYƏ VƏ BİRLİYƏ ÇAĞIRIŞ !

27 dekabr 2014-cü ildə 209 nömrəli tam orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəb direktoru Qətibə Abuzərova bu bayram gününün yaranması tarixindən və mahiyyətindən söhbət açaraq Yer kürəsində yaşayan azərbaycanlıların bir məqsəd və amal uğrunda birləşməsinin vacibliyini qeyd etdi. O, məlumat verdi ki, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu vacib iş müasir dövrdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi xaricdə yaşayan soydaşlarımız güclü qüvvəyə çevrilib və ölkəmizin tanınması, düşmənlərin bizə qarşı yönəldilmiş haqsız hücumlarının qarşısının alınması istiqamətində böyük işlər görürlər. Sonra IV b sinifinin şagidləri tərəfindən hazırlanmış ədəbi kompozisiya tədbir iştirakçılarına təqdim edildi. Tədbirdə müəllimlərdən Mətanət Məmmədova, Xatirə Cabarova, Fəxrəddin İbrahimov, Səməd Babayev çıxış edərək həmrəylik və birliyin vacibliyini ön plana çəkdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi