“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi yeddinci ildönümü”nə həsr olunmuş tədbir

       Məktəbimizdə 18 oktyabr- “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi yeddinci ildönümü”nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi başladı. Məktəbimizin direktoru Arizə xanım Mahmudova tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır.. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.Tədbir boyu məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda şer və mahnılar səsləndirildi, mövzu ilə bağlı səhnəcik nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi