ON BİR İLLİK AYRILIQ

Dekabrın 11-də Sabunçu rayonu K.Məmmədov adına 209 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə məktəbin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Guşəsini ziyarət etdiər, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış oldular, Ulu öndərin şəkli önünə çiçək qoydular. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru Q.Abuzərova giriş sözü ilə çıxış edərək Ulu öndər Heydər Əliyevin anım gününün respublikamızın bütün qurumlarında, idarə və təşkilatlarında, o cümlədən təhsil müəssisələrində keçirildiyini qeyd etdi. Tədbirdə çıxış edən məktəbin müəllimləri Ulu öndərin irsinin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının çox böyük əhəmiyyətə malik olduğunu bildirdilər. Sonra söz məktəbin şagirdlərinə verildi. Uşaqlar Ulu öndərə olan sevgilərini şerlər və səhnəciklərlə ifadə etdilər. Tədbirdə müəllim heyəti, valideyn və şagirdlər Ulu öndər Heydər Əliyevin davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyeva və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya şagirdlərə olan diqqət və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi