Beynəlxalq Müəllimlər Günü

Oktyabrın 5-də məktəbimizdə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Məktəbimizin direktoru Arizə xanım Mahmudova tədbiri giriş sözü ilə açaraq məktəbin pedoqoji heyətini, əməkdaşlarını 5 oktyabr-Müəllimlər Günü münasibətilə təbrik edib, onlara can sağlığı, elm və təhsildə, pedaqoji fəaliyyətdə uğurlar arzuladı. O qeyd etdi ki, Ulu öndərimiz Heydər Əliyev həm də müəllim adını, müəllim əməyini yüksək qiymətləndirərək demişdir: «Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən də müəllimdir. Mən müəllim qarşısında baş əyirəm». Tədbirdə məktəbimizin şagirdləri də öz çıxışları ilə müəllimləri bayram münasibətilə təbrik etdilər. Həmçinin tədbir zamanı “İlk müəllimim” adlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı. I yer-XI sinif şagirdi Qurbanzadə Məmmədağa, II yer-VIII b sinif şagirdi Əliyeva Jalə, III yerə-XI sinif şagirdi Hüseynzadə Ayxan layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi