80 YAŞLI TƏHSİL FƏDAİSİ

02 fevral 2015-ci il tarixində 209 nömrəli tam orta məktəbin akt zalında qocaman təhsil işçisi, 35 il bu təhsil ocağında direktor işləmiş, əmək veteranı, Sabunçu rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Təftiş Komissiyasının sədri Həsən Ağaəli oğlu Qulamovun 80 illik yubileyi təntənə ilə qeyd edildi. Tədbirdə rayon bələdiyyəsi, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, məktəb direktorları, rayonun nüfuzlu nümayəndələri, veteranlar iştirak etdi. Tədbirin bədii hissəsində 209 nömrəli tam orta məktəbin şagirdləri Həsən müəllim haqqında xoş sözlər söyləyib, onun şeirlərindən nümunələr səsləndirdilər. Həyatının əlli ilə yaxın hisssəsini gənclərin təlim və tərbiyəsinə həsr etmiş H.Qulamovun həyatı örnəkdir. Gənc müəllimlər bu ömrü təhlil etməklə özlərinə lazım olan nəticələr çıxara bilərlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi