Məktəbəhazırlıq qruplarının təhsilinə başlanıldı

Oktyabrın 1-dən başlayaraq məktəbimizdə 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanıldı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunublar. Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim Mirzəliyeva Bikə  tərəfindən aparılacaq. Məktəbin direktoru Arizə xanım Mahmudova şagirdləri təbrik edərək «Uğur yolunun açarı məktəbimizin bilik açarıdır» - deyə bildirdi. Qeyd etdi ki, hazırda məktəbdə şagirdlər 1 qrup –Azərbaycan bölməsi sinifləri üzrə dərs alacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi