“Dünyaya sülh”

Sentyabrın 21-də məktəbimizdə Sülh gününə həsr olunmuş “Dünyaya sülh” adlı tədbir keçirildi. Tədbiri çıxış sözü ilə məktəbin direktoru Arizə xanım Mahmudova açdı. O, qeyd etdi ki, “Sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə, uğurla həyata keçirilir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Ulu öndər Heydər Əliyevin səyi nəticəsində demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu olaraq seçmiş, beynəlxalq dövlətlər birliyinin tamhüquqlu üzvünə çevrilmişdir”. Daha sonra tədbir şagirdlərin çıxışları ilə davam etdirildi. Tədbir çərçivəsində Beynəlxalq Sülh Gününə həsr olunmuş videoçarx nümayiş olundu. Şagirdlər şeirlər, mahnılar söyləyərək, səhnəciklər, rəqslər nümayiş etdirərək Sülh gününü qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi