2018-2019-cu dərs ilinin ilk dərs məşğələsi
209 nömrəli tam orta məktəbdə yeni iş həftəsi pedaqoji və şagird heyəti tərəfindən Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başladı. 2018-2019-cu dərs ilinin ilk dərs məşğələsi ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olundu.