15 sentyabr – “Bilik günü”

Kamal Məmmədovun adını daşıyan 209 nömrəli tam orta ümumtəhsil məktəbində də 15 sentyabr – “Bilik günü” ilə əlaqədar təntənəli tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Arizə xanım Mahmudova şagirdləri onların valideynlərini, müəllim və tədbir iştirakçılarını təbrik edərək, onlara ən xoş arzularını bildirdi. Həmçinin tədbirdə məktəbin 2017/2018-ci il məzunları da iştirak edirdi. Arizə xanım Mahmudova məktəbin məzunlarını təbrik edərək uğurlar, müvəffəqiyyətlər arzuladı və ali məktəbə daxil olan abituriyentlərə gül dəstələri təqdim olundu. Tədbirimizin qonağı Azərişıq ASC-nin rəis müavini Yalçın müəllim çıxış edərək, şagirdlərə yeni dərs ilində uğurlar arzuladı. Daha sonra tədbir iştirakçılarına respublikamızda “Bilik Günü”nün qeyd olunması, tarixi haqqında ətraflı məlumat verildi. Sonda şagirdlərin ifasında şeir və mahnılar səsləndirilib, rəqslər nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi