Pedoqoji şuranın iclası

12 iyun 2018-ci il tarixdə məktəbin illik fəaliyyət planına uyğun olaraq, növbəti pedoqoji şuranın iclası keçirildi. İclasda məktəb rəhbərliyi tərəfindən tədris ilinin yekunları və tədris ilində qarşıya çıxan problemlər müəllimlərin diqqətinə çatdırıldı. Şagirdlərin dərsə davamiyyəti və məktəbdə keçirilən monitorinqlərin nəticələri haqqında müəllimlər məlumatlandırıldı. İclasda 2017/2018-ci tədris ili ərzində kollektiv tərəfindən görülən işlər, I-IV siniflərdə Riyaziyyat və Azərbaycan dili fənni, V-XI siniflərdə ayrı-ayrı fənnlər üzrə aparılmış monitorinqlərin nəticələri müzakirə edildi. Metodbirləşmələrin və məktəbdənkənar işlərin fəaliyyəti təhlil olunmuş və lazımi göstərişlər verildi. Eyni zamanda yeni tədris ili üçün qarşıda duran vəzifələr haqqında müzakirələr aparılmış, müvafiq qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi