“Özünlə başla!” yay məktəbi layihəsi

06 iyun 2018-ci il tarixdə Sabunçu rayon Gənclər evinin nümayəndələrinin məktəbimizin VIII-IX sinif şagirdləri ilə görüşü keçirildi. Sabunçu rayon Gənclər evi Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik yubleyi münasibətilə şagirdlərin asudə vaxtının səmərəli təşkili mövzusunda 21-27 iyun tarixlərini əhatə edəcək “Özünlə başla!” yay məktəbi layihəsinə start verir. Nümayəndələr tərəfindən məktəbimizin şagirdləri “Özünlə başla!” yay məktəbi layihəsi haqqında məlumatlandırıldı və fəal şagirdlər bu layihəyəyə dəvət olundu. Bu layihə məktəbimizin müəllim və şagirdləri tərəfindən çox bəyənildi. Şagirdlərimiz üçün belə bir şərait yaratdığına görə Sabunçu rayon Gənclər evinə təşəkkürlərimizi bildiririk!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi